Ermənistan sərhəd boyu qalalar tikir – Hazırlıq gedir

“Ermənistan 44 günlük müharibədə məğlubiyyətindən lazımi dərs aldı və indi sərhəddə sözün əsl mənasında qalalar tikir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Müdafiə və təhlükəsizlik məsələləri üzrə parlament komissiyasının rəhbəri Andranik Köçəryan deyib.

Onun sözlərinə görə, hərbi-siyasi rəhbərlik müdafiəni intensiv şəkildə gücləndirir:

“Bu gün sərhəddə sözün əsl mənasında qalalar tikilir. Onların sayı çoxalacaq və Ermənistan sərhədinin bütün perimetri boyunca olacaq”.

O, bunu bir neçə min il əvvəl xarici düşmənlərdən qorunmaq üçün tikilmiş Böyük Çin səddi ilə müqayisə edib.

Safura Bənnayeva

Globalinfo.az