Ermənistan raket və artilleriya bölmələrini də cəlb edir

Ermənistanda ehtiyatda olan rütbəlilər 2023-cü il oktyabrın 1-dən dekabrın 8-dək hərbi təlim toplanışlarına çağırılıblar.

Globalinfo.az xəbər verir ki, təlimlərə 2059 nəfərə qədər ehtiyatda olan hərbçinin cəlb olunduğu bildirilir.

Diqqətçəkən məqam isə rəsmi İrəvanın təlimlərə raket və artilleriya bölmələrini cəlb etməsidir.

Qeyd edilib ki, məqsəd ehtiyatda olanların döyüş qabiliyyətlərini artırmaqdır.

Tamerlan Yayaqan
Globalinfo.az