Ermənistan prezidenti Zelenski ilə görüşdü

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Argentinada ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

Bildirilib ki, görüş paytaxt Buenos-Ayresdə Argentinanın yeni Prezidenti Xavyer Mileyin inauqurasiya mərasimi çərçivəsində baş tutub.