Ermənistan parlamenti Paşinyana etimadsızlıq elan edə bilər – ÇAĞIRIŞ

Ermənistanın “Birgə” hərəkatı parlament müxalifətini Paşinyana və hökumətə etimadsızlıq elan etməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bunu hərəkatın koordinatoru Aram Sarkisyan deyib.

O, parlamentdəki müxalifət fraksiyalarını Baş nazir Nikol Paşinyana və hökumətə etimadsızlıq səsverməsinin elan edilməsi prosesinə başlamağa dəvət edib:

“Mitinqdən sonra danışıqlar aparmaq və tələblərimizi bildirmək üçün bir həftəlik fasilə verəcəyik. Bundan sonra hesabat təqdim olunacaq”.

Eyni zamanda növbəti mitinqdə yeni kabinetin proqramının təqdim olunacağı açıqlanıb.

Əliyar Xəlil
Globalinfo.az