“NATO-dan Ermənistana alyansa daxil olması ilə bağlı çağırış edilməyib”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbərinin müavini Vaan Kostanyan danışıb.
“Ancaq İrəvan bu təşkilatla əməkdaşlığı davam etdirməyə hazırdır. Ermənistanla NATO-nun əməkdaşlığına gəlincə, bu, ilk deyil. Biz NATO ilə müxtəlif platformalarda əməkdaşlıq edirik və prosesi davam etdirməyə hazırıq”, – deyə V.Kostanyan bildirib.
Qeyd edək ki, NATO inkişafı üzrə Avropa komitəsinin sədri Günter Fellinger İrəvana alyansa qoşulmaqla bağlı çağırış etmişdi.