“Ermənistan müharibəyə sürüklənir” – Oskanyan

“Ermənistanın Rusiya ilə bütün əlaqələri kəsərək Qərbə doğru kəskin dönüşü mənasızdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın səhvləri ölkəni müharibəyə sürükləyir:

“44 günlük müharibədən sonra səhvlərini etiraf etmək və onları düzəltməyə çalışmaq əvəzinə, bu səhvlərə haqq qazandırmaq istəyir. Paşinyan hakimiyyətə gəldikdən sonra Qarabağ və digər xarici siyasət məsələlərində qeyri-müəyyənlik və qeyri-sabitlik nümayiş etdirdi. Nə edəcəyi barədə heç bir fikri yox idi”.
Sabiq nazir qeyd edib ki, Paşinyanın diplomatik və hərbi-siyasi biliklərindəki çatışmazlıqlar, onun ardıcıl strategiyasının olmaması və irrasional qərarlar qəbul etməsi Ermənistanı indiki çıxılmaz vəziyyətə salıb.

Safura Bənnayeva
Globalinfo.az