Ermənistan Müdafiə Nazirliyi daha bir məlumat yaydı

“Saat 09:30-dan etibarən Azərbaycanla sərhəddə vəziyyət sabitdir, atışma dayanıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik itkilər və yaralılar barədə Ermənistan ictimaiyyətinə ətraflı məlumatın veriləcəyini bildirib.

Xatırladaq ki, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib.

Əliyar Xəlil
Globalinfo.az