Erməni hərbçi əsir götürülüb? – MN məlumat yaydı

Erməni hərbçinin Azərbaycan Ordusunun bölmələri tərəfindən əsir götürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə Globalinfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Martın 21-də Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun nəqliyyat vasitəsi ilə guya azaraq Azərbaycan Ordusunun bölmələrinin mövqelərinə yaxınlaşması və bölmələrimiz tərəfindən əsir götürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır”, – nazirliyin məlumatında qeyd olunub.