İrəvan silahlanır: Torosyandan görüntülərə reaksiya – VİDEO

Ermənistan Müdafiə Nazirliyi Fransanın çox sayda silah və texnika göndərməsinə dair sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Aram Torosyan danışıb.

“Ermənistan və Fransa arasında müdafiə sahəsində əməkdaşlığa dair rəsmi mesaj və bəyanatlardan başqa məlumat açıqlaya bilmərik”, – Torosyan deyib.

Xatırladaq ki, oktyabrın 24-də Fransa müdafiə naziri Sebastyan Lekorn Ermənistanın hava hücumundan müdafiə imkanlarının təkmilləşdirilməsində dəstək göstərəcəklərini açıqlamışdı. Ötən gün isə Gürcüstanın Poti limanı vasitəsilə Fransanın 20-dən çox “ACMAT Bastion” zirehli texnikasının Ermənistana göndərildiyinə dair foto və videolar yayıldı.

Ayşən Mustafa
Globalinfo.az