Ermənistan MN açıqladı: 15 nəfər öldü, 3-ü yaralıdır

Ermənistanın Geqarkunik vilayətində hərbi hissədə yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyi hadisə zamanı 15 nəfərin öldüyünü, 3 nəfərin ağır dərəcəli xəsarətlər aldığını açıqlayıb.

Onların vəziyyətinin ağır olduğu bildirilir.

Aqşin
Globalinfo.az