442360099 0 228 1474 1333 1920x0 80 0 0 534f1caa50f5a29e1568b9103ca969b8

Ermənistanın atıcılıq üzrə milli komandası Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcək. 

Globalinfo.az xəbər verir ki, bunu milli komandanın baş məşqçisi Seyran Nikoqosyan deyib.

“Biz bununla bağlı Bakıya bir sıra məktublar yazdıq və hər kəsi qane edəcək cavablar aldıq. Heç bir problemimiz yoxdur. Olimpiya Oyunları reytinqi üzrə aparılacaq dünya çempionatında iştirak üçün Bakıya yola düşəcəyik. Belə bir hadisəni qaçırmaq olmaz”, – o bildirib.

Qeyd edək ki, bir müddət öncə Seyran Nikoqosyan milli komandanın Bakıda keçiriləcək yarışda iştirakı üçün təhlükəsizliyin təmin edilməsi ilə bağlı Azərbaycana rəsmi məktub ünvanladığını bildirmişdi. Atıcılıq üzrə dünya çempionatının 14-31 avqust tarixlərində Bakıda keçirilməsi planlaşdırılır.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: