Ermənistan iqtisadiyyat nazirinin müavini və daha 6 nəfər həbs edildi

 

Ermənistan iqtisadiyyat nazirinin müavini Ani İspiryan və daha 6 nəfər korrupsiya ilə bağlı həbs edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Respublikasıİstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, İqtisadiyyat Nazirliyinin vəzifəli şəxsləri “Dövlət investisiya proqramları üzrə bankın yaradılması” üzrə keçirilən tender zamanı iştirakçı səhmdar cəmiyyətlərdən birinin qalib gəlməsini təmin etmək məqsədi ilə digər iştirakçını müsabiqədən kənarlaşdırmaqla satınalma qanunlarını pozublar.

Digər cinayət işi üzrə isə müəyyən edilib ki, İqtisadiyyat Nazirliyinin vəzifəli şəxsi proqram tələblərinə cavab verməyən sənədləri qəbul edərək, standartlara cavab verməyən işlərə dair hesabatlar təqdim etməklə benefisiarlara 238,5 milyon drama yaxın məbləğdə vəsaiti əsassız olaraq ödəyib.

İstintaq Komitəsi vətəndaşlara əsassız olaraq kompensasiya ödənildiyini də bildirib.