Erməni parlamentində qalmaqal: ölən hərbçilərə görə

Ermənistan hakimiyyət nümayəndələrinin İkinci Qarabağ müharibəsində ölən erməni hərbçilərin məzarlarını ziyarət etməməsi, xatirələrinin anılmaması ölkədə narazılığa səbəb olub. 

Globalinfo.az xəbər verir ki, müharibənin başlamasının üçüncü ilinin tamamında erməni müxalifətindən fərqli olaraq heç bir iqtidar nümayəndəsinin Yerablur məzarlığını ziyarət etməməsi diqqət çəkib.

Məsələ ilə bağlı son qalmaqal bu gün Ermənistan parlamentinin iclasında yaşanıb. Belə ki, iclasın başlamasından yarım saat sonra müxalifət deputatları etiraz edərək İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatları zamanı ölən erməni hərbçilərin xatirəsini bir dəqiqəlik sükutla anmağı tələb ediblər. Təkidlərdən sonra parlament sədri Alen Simonyan və digər iqtidaryönümlü deputatlar ayağa qalxaraq anım sükutuna qoşulublar.

Ayşən Mustafa
Globalinfo.az