Ermənistan iki ölkə arasında bölünə bilər – Xaçikyan

“Düşünürəm ki, Ermənistandakı insanlar kor və kardırlar, Fələstində, Ukraynada baş verənlərdən dərs çıxarmırlar”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın Stenford Universitetinin siyasi elmlər üzrə fəlsəfə doktoru Artur Xaçikyan deyib.

O bildirib ki, Vaşinqton üçün İrəvanın heç bir əhəmiyyəti yoxdur və ABŞ Bakı ilə yaxın münasibətləri daha vacib hesab edir:

“Qərbin müdaxilə etdiyi, qoruyacağını dediyi Ukraynaya, həmçinin səs çıxarmadığı Fələstinə nəzər salın. Onlar üçün Ermənistanın da əhəmiyyəti yoxdur. Əksinə Cənubi Qafqazda Rusiyaya qarşı Türkiyə və Azərbaycanı vacib tərəfdaş hesab edirlər. Heç kim Azərbaycana sanksiya tətbiq etməyəcək. Hətta Qərb öz maraqları üçün Ermənistanın Türkiyə və Azərbaycan arasında bölünməsinə belə razı ola bilər. Hazırda Bakı Moskva və Vaşinqton arasında çox ustalıqla incə bir mövqe sərgiləyir, ağıllı oyun oynayır. İstənilən halda Ermənistanın taleyini Bakı və Ankara həll edəcək”.

Ayşən Mustafa
Globalinfo.az