Ermənistan Hava Yolları İrəvan – İstanbul birbaşa aviareysi açır

Ermənistan Hava Yolları İrəvan-İstanbul-İrəvan birbaşa reysini açır.

Globalinfo.az xəbər verir ki, ilk reys iyunun 30-da baş tutacaq və biletlərin satışı artıq başlayıb.

Uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Ermənistan Hava Yollarının bu uçuşuna icazə müəyyən edilmiş prosedurlara uyğun olaraq verilib.