Son zamanlar Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın səsləndirdiyi fikirlər həm rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklərlə, həm də Ermənistan Baş Naziri Nikol Paşinyanın üçtərəfli görüşlər zamanı söylədikləri ilə üst-üstə düşmür. Bundan əvvəl də xəbər yayılmışdı ki, Paşinyanın rəhbərlik etdiyi kabinet deputatların suallarını cavablandırmaq üçün Ermənistan parlamentinə gəlib. Hakim partiyanın üzvləri xarici işlər naziri Mirzoyandan başqa bütün nazirləri və Paşinyanı çox səmimi qarşılayıblar.
Maraqlıdır, Mirzoyana olan etimad ölüb? Onun vəzifədən getməsi mümkündür?
Oqtay Qasımov
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Nikol Paşinyan ilə Ararat Mirzoyanın fikirləri ilk dəfə deyil ki, üst-üstə düşmür:
“Bir neçə dəfə də bu ikilinin fikirləri üst-üstə düşməmiş, hətta kəsin hal belə almışdı. Sonuncu belə hadisə isə BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı iclasda oldu. Belə ki, Mirzoyan siyasi xadim kimi yox jurnalist, bloger kimi çıxış etdi. Heç bir fakta söykənmədən Azərbaycan əleyhinə fikirlər səsləndirdi. Hansı ki, bu fikirlər başdan ayağa dezinformasiyalardan ibarət idi. Daha sonra o, toplantı iştirakçılarına hörmət etməyərək zalı tərk etdi.
Təbii ki, burada iki məqamı qeyd etmək olar:
1. Mirzoyanın siyasi etikası mədəni səviyyəsi çox sağıdır;
2. O, özünün arqumentlərinin zəif və əsassız olduğunu bildiyi Azərbaycan XİN başçısının çıxışı zamanı zalı tərk etdi;
İkinci məqam xüsusi ilə diqqət çəkir. Belə ki, Ceyhun Bayramov çıxışı zamanı 21 sentyabrda Ermənistan baş nazirinin parlamentdə hökumət üzvləri qarşısında Qarabağda mülki şəxslərin öldürülmədiyi bildirdiyini qeyd etdi.
Halbuki Mirzoyan tamam əks-mövqedən çıxış etdi. Belə çıxdı ki, Paşinyan başqa şey deyir, Mirzoyan tamam başqa şey.
Paşinyan ilə Mirzoyan arasında xarici siyasətdə fikir ayrılığı mövcuddur. Bu daha çox Azərbaycan ilə bağlı məsələdə daha qabarıq formada özünü göstərir. Belə ki, Mirzoyan revanşistlərin səsləndirdiyi fikirləri deyir. Paşinyan isə reallığı bildiyi üçün konstruktiv olmaq istəyir.
Mirzoyan siyasi etikası olsaydı istefa verər və özündən öncəki XİN başçısı Mnatsakanyan kimi baş nazirlə fikir ayrılığından bunu etdiyini bildirərdi. Lakin bunu etmir”.
Turan Rzayev
Globalinfo.az