Ermənistan iki variantı qəbul etmədi, qaldı biri… – Şərh

Son günlər regionda hərbi-siyasi gərginlik hiss olunur. Həm Ermənistanın şərti dövlət sərhədində təxribatları, həm də separatçıların aktivliyi Bakıda diqqətlə izlənilir. Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanın ilk hədəfi separatçıları neytrallaşdırmaqdır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Ermənistanı qızışdıran xarici güclər var:

“Həmin güclər regionda sülhün, sabitliyin olmasını istəmirlər. Buna görə də Ermənistan üzərindən öz maraqlarını təmin etməyə çalışırlar.

Ermənsitan hazırda sülhdən çox uzaqdır. Xarici ölkələrin maraqları naminə müharibəni gözə alan bir ölkə ilə necə sülh imzalamaq olar? Bundan başqa, rəsmi İrəvan mövcud reallıqların onun əleyhinə olduğunu yaxşı bilir. Buna görə də prosesləri süni şəkildə dəyişdirməyə çalışır.

Nəzərə alsaq ki, sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilmir, yekun sülh müqaviləsi imzalanmır, onda demək olar ki, geriyə bir variant qalır. Rəsmi İrəvan vəziyyəti gərginləşdirəcəyi təqdirdə Bakı buna misli ilə cavab verəcək. Yəni baş verə biləcək bütün hadisələrin məsuliyyətini Ermənistan tərəfi daşıyır”.

Turan Rzayev
Globalinfo.az