Ermənistan DİN Kamil Zeynallı haqda açıqlama yaydı

Rusiyada saxlanılan azərbaycanlı idmançı Kamil Zeynallı qətldə ittiham olunur.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sərkisyan deyib.​

O bildirib ki, K.Zeynallı qətl törətmək ittihamı ilə dövlətlərarası axtarışa verilib.

Qeyd edək ki, Kamil Zeynallı bir qədər əvvəl Ermənistanın tələbi ilə Moskvada saxlanılıb.