Erməni nazir gecə ikən Zəngəzura gəldi – FOTO

Ermənistanın daxili işlər naziri Vahe Qazaryan və bir sıra nazirlik rəsmiləri Zəngəzura gəlib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazir müavini, polis general-mayoru Aram Ovannisyan, polis qoşunlarının komandanı, polkovnik Haky Babayan və bir neçə polis komandosu səfərdə iştirak edib.

Səfər çərçivəsində onlar bölgədə vəziyyətlə tanış olublar.

Əliyar Xəlil
Globalinfo.az