Əsir hərbçilərimiz qaytarılır? – Ermənistan baş prokuroru danışdı

Azərbaycan əsgərlərinin ölkələrinə ekstradisiyası hazırkı məhkəməyə qədərki mərhələdə nəzərdə tutulmayıb və qanunla da nəzərdə tutulmayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş prokuroru Anna Vardapetyan əsir götürülmüş iki Azərbaycan hərbçisi barədə danışarkən deyib.

O, Azərbaycan hərbçilərinin gələcəkdə ekstradisiyası oluna biləcəyi ilə bağlı suala cavabında isə bunun onun səlahiyyətlərinə daxil olmadığını bildirib.