“Ermənistan Azərbaycandan müsbət siqnallar alır” – Mirzoyan

“Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı son təkliflər paketini araşdıracaq və öz mövqeyini ortaya qoyacaq”.

Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, bu fikiri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan səsləndirib.

Mirzoyan qeyd edib ki, Azərbaycanla sülh sazişinin əldə olunması ehtimalı ilə bağlı bir çox beynəlxalq aktorlar öz nikbinliyini bölüşür:

“Ermənistan qarşı tərəfdən (Azərbaycan -red) müsbət siqnallar görür. Son dəfə baş tutan əsirlərin mübadiləsi məsələsini buna misal göstərmək olar. Ancaq hələlik müəyyən mövzular natamam qalmaqdadır”, – Ermənistanın XİN başçısı vurğulayıb.

Mirzoyan sülh müqaviləsinin tezliklə reallığa çevriləcəyini gözlədiyini deyib.

Əliyar Xəlil,

Globalinfo.az