2025-ci il ərzində Azərbaycan aviaşirkətləri Ermənistan hava məkanı üzərindən uçuşlara görə Ermənistan Hava Naviqasiya Şirkətinə 434.316 avro ödəyiblər.
Globalinfo.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Ödənişlər müəyyən edilmiş prosedura uyğun olaraq “Avrokontrol”un (Eurocontrol – Aviasiya Təhlükəsizliyi üzrə Avropa Təşkilatı) mərkəzi ofisi vasitəsilə həyata keçirilib.