Ermənistan AB ilə yeni sənəd imzalayacaq

Ermənistan Avropa Birliyi ilə əməkdaşlıq üçün yeni sənəd hazırlayır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.

O bildirib ki, sənəd iyulda imzalana bilər. Detalları isə açıqlamayıb.

Qeyd edək ki, bir neçə gün öncə Avropa Parlamenti Ermənistanın AB üzvlüyünə namizədliyi imkanlarını nəzərdən keçirmək üçün qətnamə qəbul edib.Qətnamənin lehinə 504 deputat, əleyhinə 4 deputat səs verib. 32 deputat isə bitərəf qalıb.