“Təlim-məşq toplanışları hərbi qabiliyyətləri təkmilləşdirmək və öyrətmək məqsədi daşıyırsa, 44 günlük müharibənin iştirakçıları hansı məntiqlə toplanışlara çağırılır?”
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.
O iddia edib ki, 44 günlük müharibənin fəal iştirakçıları və ya həmin müddətdə xidmət etmiş şəxslər “formadadır”:
“Əslində, 44 günlük müharibəyə çağırılmayan və ya müxtəlif səbəblərdən getməyən, təlimlərə qoşulmayan, 10-15 il əvvəl xidmət edən vətəndaşlar təlimlərə çağırılmalıdır.
İndiki halda belə çıxır ki, nə təlim-məşq toplanışı öz məqsədinə xidmət edir, nə də ədalət və məntiq prinsipi işləyir”.
Safura Bənnayeva
Globalinfo.az