Ermənipərəst ABŞ senatoruna qarşı ŞOK ittiham

ABŞ Ədliyyə Nazirliyi Nyu Cersi ştatından olan senator Robert Menendezə qarşı əlavə ittihamlar irəli sürüb və onu Misir üçün qeyri-leqal xarici agent kimi işləməkdə ittiham edib.

Globalinfo.az xəbər verir ki, ABŞ Prokurorluğunun Nyu-Yorkun Cənub Bölgəsi Məhkəməsinə təqdim etdiyi sənəddə deyilir:

“Ən azı 2018-ci ilin yanvarından 2022-ci ilin iyun ayına qədər Robert Menendez və onun həyat yoldaşı Nadine Menendez (Arslanyan), eləcə də digər tanınmış şəxslər əvəlcədən sövdələşərək xarici agent kimi fəaliyyət göstərməyə razılaşıblar”.

Qeyd edək ki, ermənipərəst senator korrupsiyada ittiham olunur.

Sentyabrda senatora qarşı Nyu Cersi ştatından olan üç iş adamı ilə korrupsiya sövdələşmələrində əli olması və yüz minlərlə dollar rüşvət alması ilə bağlı ittihamlar irəli sürülüb. Bildirilib ki, senator biznezmenlərdən nağd pul, qızıl külçələr, bahalı avtomobillər və digər qiymətli əşyalar alıb.