WhatsApp Image 2023 10 02 at 15.21.26

“Ermənilərin Qarabağa qayıtmaq imkanı yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu İrəvanda səfərdə olan Almaniya parlamentinin Xarici Münasibətlər Komitəsinin rəhbəri Mixail Rot deyib.

“Mənim üçün ağır olsa da, artıq ermənilərin Qarabağa qayıtması imkanlarını görmürəm. Biz insanlara ümid verə bilmərik ki, nəsə dəyişəcək, çünki buna zəmanət vermək olmur”, – o bildirib.

Qeyd edək ki, Azərbaycan indiyə qədər dəfələrlə ermənilərə geri qayıtmaları barədə çağırış edib. Bakı onun hakimiyyətini qəbul edib, vətəndaşlığına keçən şəxslərin təhlükəsizliyinə digər Azərbaycan vətəndaşları kimi zəmanət verdiyini bəyan edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: