Ermənistanda katalikos II Qareginin istefası üçün proses başladılır.
Globalinfo.az xəbər verir ki, oktyabrın 14-də Erməni Apostol Kilsəsinin mərkəzi sayılan Üçmüədzində hökumətə yaxın təşkilatların etiraz aksiyası keçirəcəkləri bildirilir.
Məlumata görə, aksiyada əsas tələb katalikos II Qaregenin istefası olacaq.
“Hraparak” qəzeti etiraz aksiyasının keçirilməsi üçün rəsmi icazənin olmadığını yazıb.
Qeyd edək ki, Ermənistan hökuməti ilə kilsə arasında gərginlik ən pik həddə çatıb. Baş nazir Nikol Paşinyan bir neçə ay öncə kilsəyə ona tabe olması barədə xəbərdarlıq edib. Maraqlı məqam isə bu etirazların kilsənin dəstəklədiyi keşiş Baqrat Qalstanyanın sentyabrın 22-də keçirməyi planlaşdırdığı etirazlardan az öncə baş tutmasıdır.
Əliyar Xəlil
Globalinfo.az