Ermənilərin kvadrokopteri ələ keçirildi – FOTOLAR

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən bildirilib.

“Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib”, – qeyd olunub.

Erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib

Erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib

Erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib

Erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib