“Oxçuçay İşçi Qrupu olaraq təxminən 1 il ərzində Oxçuçayda və ətraf ərazilərində bir neçə məntəqədə ekoloji monitorinqlər həyata keçirmişik”.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Oxçuçay İşçi Qrupunun üzvü Sübahət İsgəndərov bildirib. Onun sözlərinə görə, ekoloji monitorinqlər zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Elm və Təhsil Nazirliyinin bir sıra elmi-tədqiqat institutları, “Azərsu” və digər təşkilatlar iştirak ediblər:
Eyni zamanda müəyyən edilib ki, istər ağır metallar, istərsə də məişət tullantıları ilə çirkləndirmələrin göstəricisi olduqca yuxarıdır. Bu, belə nəticəyə gəlməyə əsas verir ki, Oxçuçay Ermənistan tərəfindən ekoloji terrora məruz qalır. Özü də bu, düşünülmüş terrordur. Onlar bunu edirlər ki, biz, çayın suyundan istifadə edə bilməyək. Amma biz də öz növbəmizdə alınmış bütün göstəriciləri, əsasən də fiziki-kimyəvi göstəricilərin nəticələrini sistemləşdirərək Oxçuçayın suyunun müəyyən qədər yaxşılaşdırılması, əsas da kənd təsərrüfatlı təyinatlı istifadəsi üçün metodologiyanın prinsipial əsaslarını işləmişik. Metodologiyanın prinsipial əsaslarını işləyəndə əsasən iki aparıcı mərkəzin təcrübəsindən istifadə etmişik – birincisi, Almaniyanın Franhauzer Tədqiqatlar Mərkəzi, ikincisi isə Amerika Layihə Standartlarından istifadə etmişik”.