trend agdam cume mosque 070421 03

Azərbaycan ərazilərində, eləcə də Ermənistanda azərbaycanlılara məxsus tarixi-dini abidələrin sistemli şəkildə dağıdılması, məzarlıqların, mədəni irsin məqsədyönlü şəkildə məhv edilməsi, bir qisminin mənimsənilməsi keçmiş münaqişənin danılmaz reallığıdır. Xüsusilə Qarabağda aparılan bu vandalizm siyasəti bu gün beynəlxalq ictimaiyyətin də diqqətini çəkir.

elman nesirov yeni 3

Globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, Ermənistan uzun illər ərzində həm öz ərazisində, həm də işğal altında saxladığı Azərbaycan torpaqlarında xalqımıza məxsus tarixi, mədəni və dini irsi sistemli şəkildə məhv etmə siyasətini həyata keçirib:

“Ermənilər XVI-XVII əsrə aid bir sıra Azərbaycan abidələrini, o cümlədən Şah Abbas məscidini, Sərdar məscidini, Hacı Novruzəli məscidini dağıdıblar. İrəvandakı Göy məscid isə qismən dağıdılıb və onu başqa profil üzrə istifadə etməyə başlayıblar.

WhatsApp Image 2026 04 23 at 09.38.36

Şuşadakı Yuxarı Gövhər ağa məscidi – İşğaldan əvvəl və sonra

Eyni zamanda, işğal dövründə Azərbaycanın Ağdam, Füzuli, Cəbrayıl, KəlbəcərZəngilan rayonlarında genişmiqyaslı vandalizm faktları qeydə alınıb. Qəbiristanlıqlar dağıdılıb, qəbir daşları talan edilib, dini abidələr təhqir olunub. Vandalizm hətta o həddə çatıb ki, dünyasını dəyişmiş soydaşlarımızın qızıl dişlərini çıxarıblar”.

Deputat qeyd edib ki, ermənilərin işğal etdikləri ərazilərimizdə məscidlərin içərisində heyvan saxlanılması isə yalnız Azərbaycan xalqına deyil, bütövlükdə müsəlman dünyasına qarşı hörmətsizlik nümunəsidir:

WhatsApp Image 2026 04 23 at 09.33.46

Ermənilərin dağıtdığı Çöl qala məscidi

“Onların əməlləri bütün müsəlmanlara qarşı nifrətin aşılanmasıdır. Bu faktlar sadəcə vandalizm deyil, eyni zamanda faşizm ideologiyasının təsdiqidir. Çünki məhz faşistlər belə addım atıblar. Tarixdə oxşar halların ən kəskin nümunələri ilə bağlı ittihamlar Nürnberq prosesi zamanı da səsləndirilmişdi. İttiham aktının biri də onunla bağlı idi ki, alman faşistləri işğal etdikləri Avropa ölkələrində kilsələrdə at və itləri saxlayırdılar. Atlar və itlərin kilsələrdə saxlanılması faşist davranışıdır. Ermənilər də Azərbaycan torpaqlarını işğal etdikdən sonra məscidlərində donuz saxlayırdılar. Bu da eyni davranışdır”.

1604903513 749312 teglh92bxb

Ermənilər işğal dövründə Azərbaycan məscidlərindən tövlə kimi istifadə ediblər

Elman Nəsirov deyib ki, bu məsələ hər zaman diqqətdə saxlanılmalıdır:

“Biz Ermənistanın Azərbaycan xalqına, mədəni, tarixi və dini irsinə qarşı vandal hərəkətlərinə münasibətdə hücum taktikasına söykənməliyik. Bu səbəbdən, Azərbaycan bu məsələləri daim beynəlxalq gündəmdə saxlamalı, müvafiq faktları beynəlxalq təşkilatlara təqdim etməli və baş verənlərin obyektiv qiymətləndirilməsinə nail olmalıdır. Qoy bütün dünya ermənilərin zamanında törətdikləri aktları görsün.

Yeni 1 watermark 900x802 1

Ermənilərin məhv etdikləri Məmər məscidi

Eyni zamanda, Belçika və Niderland  parlamentlərində olanlar utanıb xəcalət çəksinlər ki, aprelin 16-da anti-Azərbaycan qətnaməsi qəbul edirlər. Bu qətnamədə vandal hərəkətlər törətmiş erməni hərbi canilərinin azad olunmasını tələb edirlər. Onları “hərbi əsir” kimi qələmə verib, azad olunmasını istəyirlər. Dünyanın acı reallığı budur! Biz gərək çalışıb bu məsələni bir çox Avropa ölkələri parlamentində qaldıraq, beynəlxalq qurumları bura cəlb edək!

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: