Ermənilərdən Paşinyana Beynəlxalq Kloun Həftəsi sürprizi

Hər il avqustun ilk həftəsində ABŞ-da Beynəlxalq Kloun Həftəsi keçirilir.

Globalinfo.az xəbər verir ki, bu qərar 2 avqust 1971-ci ildə ABŞ prezidenti Riçard Nikson tərəfindən qəbul edilib.

Sözügedən tarixlə bağlı dünyada bir sıra tədbirlər həyata keçirilsə də, bir o qədər də geniş vüsət tapmayıb.

Ancaq avqustun ilk həftəsi – Beynəlxalq Kloun həftəsi, görünür, ermənilər arasında olduqca məşhurdur. Belə ki, sosial şəbəkənin Ermənistan seqmentində bununla bağlı paylaşımlar az deyil.

Maraqlı məqam isə müvafiq məlumatda Ermənistanın baş nazirinin fotosundan istifadə olunmasıdır. Belə ki, bir çox erməni tərəfindən baş nazirə qarşı kəskin qəzəb mövcuddur. Onu “satqın”, “xain” və “təlxək” adlandıranlar da az deyil.

Qeyd edək ki, riyakarlıqda “ustad” sayılan ermənilər 44 günlük savaşda məğlubiyyətlərinin əsas günahkarı kimi müharibədən 2 il əvvəl hakimiyyətə gəlmiş Nikol Paşinyanı günahlandırırlar.

İntiqam Əhmədov
Globalinfo.az