Ermənilər Zodla bağlı daha bir məlumat yaydılar

Basarkeçər rayonunun Zod qızıl mədənində işlər dayandırılıb.

Globalinfo.az xəbər verir ki, Ermənistan guya Azərbaycan tərəfindən Zod istiqamətində yerləşən mövqelərin atəşə tutulduğunu, bu səbəbdən mədəndə işlərin müvəqqəti dayandırıldığını iddia edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi atəş açılması xəbərinin həqiqəti əks etdirmədiyini bildirib.

Ayşən Mustafa
Globalinfo.az