Ermənilər baş qaldırdı: Ordumuz darmadağın etdi – VİDEO

***11:39

Azərbaycan-Ermənistan sərhədində son günlər baş verən hərbi toqquşmalar Türkiyə seçkiləri fonunda arxa plana düşsə də, diqqətdən qaçmamalıdır.

Prosesin siyasi tərəfini qoyuram kənara – bunun müzakirəsi politoloqların, analitiklərin işidir. Mənə işin hərbi aspekti maraqlıdır, çünki;

1. Əvvəla, bu, informasiya müharibəsi baxımdan önəmlidir;
2. Biz Vətən müharibəsində, ondan sonra da gördük ki, situasiyanı məhz güc faktoru formalaşdırır.

Zod istiqamətindəki sərhəd toqquşmalarından sonra erməni mediası və sosial şəbəkələri “müharibədən sonra ilk dəfə üstün olduq” məzmunlu xəbərlər tirajladılar. Lakin qısa müddət sonra sevincləri ürəklərində qaldı.

Azərbaycan Ordusu son sərhəd toqquşmasında nələr etdi?

– Təxribat törədən düşmənin minaatan qrupu dəqiq zərbə ilə məhv edildi.

– Ermənistanın PUA-larının komanda-qərargah məntəqəsi vuruldu.

– Düşmənin döyüş mövqeləri sarsıdıcı atəş zərbələri ilə darmadağın olundu.

– Ermənistan silahlı qüvvələrinin dayaq məntəqəsi dəqiq zərbə ilə sıradan çıxarıldı və yandı.

– Zod istiqamətində erməni bölmələrinin yerdə kəşfiyyat və atəşə nəzarəti təmin edən komanda-qərargah avtomobili məhv edildi.

– Düşmənin hərbi heyət və silah-sursat daşıyan KamAZ-ı sərrast atəşlə partladıldı.

– Sərhəd boyunca təxribatlar törədən PUA-ları vuruldu.

Ermənistan Müdafiə Nazirliyi itkilərinin bir qismini açıqlasa da, sayın çox olduğunu erməni mənbələri özləri də yazırlar. Erməni ordusunda muzdluların sayı çox olduğu üçün onların ölümü statistikaya salınmır, beləcə həmin itkiləri ictimaiyyətdən rahatlıqla gizlədirlər.

Və ən önəmli məqam – Ordumuzun məhv etdiyi bu hədəflərin bəziləri düşmənin 5-7 km dərinliyində yerləşirdi.

Bu fakt belə özlüyündə göstərir ki, Azərbaycan Ordusu Vətən müharibəsindən sonra daha da güclənib, daha da peşəkarlaşıb. Əgər bir tərəf sənin kilometrlərlə dərinlikdəki hədəflərini asanlıqla vurursa, deməli, sən onun ovcunun içindəsən. İndi Ermənistan da Azərbaycanın ovcunun içindədir. Məşhur pritçada deyildiyi kimi;

Mənim ovcumda quş var: səncə, o, ölüdür, ya diri? Sualın cavabı isə nisbidir: əgər diri desə, ovcunu sıxıb onu öldürəcək, ölü desə, sağ saxlayacaq.

Artıq rəsmi İrəvan Azərbaycanın ovcundakı o quş kimi çarəsizdir. Uçmaq istəyirsə, özünü sülh göyərçini kimi aparmalıdır.

Aqşin Evrən
Globalinfo.az