Ötən gün İrəvanda qondarma “erməni soyqırımı”nın 110 illiyinə həsr olunan məşəl yürüşündə iştirak edən ermənilər Türkiyə gənclərinə səsləniblər.
Globalinfo.az xəbər verir ki, Daşnaksütyun Partiyasının Mərkəzi İdarə Heyətinin nümayəndəsi Jora Avdalyanın meydanda çıxışı zaman səsləndirdiyin fikirlər diqqət çəkib.
O, Türkiyəyə səslənərək “soyqırımı” etirafı gözlədiklərini bildirib:
“Düşmənlərimiz 110 ildir dəyişməyib. Biz Türkiyədəki hakimiyyətə açıq şəkildə mesaj veririk: mübarizəmiz bitməyəcəyək, hədəfimizə çatacağıq, çünki həyatımızın mənası budur.
Türkiyə gənclərinə səslənirik: əgər siz öz hakimiyyətinizi “soyqırımı” etirafına məcbur etməsəniz, bunun məsuliyyətini də daşıyacaqsınız. Əmin olun, erməni gəncləri arasında yenə də Soqoman Teyliryan və Arşavir Şirakyanlar olacaq”.
Yürüşün sonunda isə Türkiyə və Azərbaycan bayraqları meydana gətirilərək yandırılıb.
Qeyd edək ki, Soqomon Teyliryan Tələt Paşanı qətlə yetirən erməni terrorçudur. Arşavir Şirakyan isə “erməni soyqırımı”nın “intiqamını” alnmaq üçün türklərə qarşı qurulan sui-qəsd qruplaşmasının üzvü olub.
Ayşən Mustafa
Globalinfo.az