l EH4sQW1UHE 1

“Vallex Group”un tərkib hissəsi olan “Base Metals” şirkəti Ağdərə rayonundakı Drombon (Heyvalı) qızıl-mis və Kaşen (Dəmirli) mis-molibden mədənlərinə investisiya qoyub, orada qeyri-qanuni fəaliyyət göstərir.

Globalinfo.az “İTV”yə istinadən bildirir ki, Ermənistanın “hetq.am” saytında şirkətin təbiətə vurduğu ziyan barədə xəbər dərc olunub.

drmbon 077

“Base Metals”ın Baş direktoru Qarabağda meşələri kəsdiklərini etiraf edib.

Sözügedən xəbərdə bildirilir ki, şirkət 2002-ci ildən Drombon mədənində iş aparır. Statistikaya görə, qızıl-mis mədəninin ehtiyatları əvvəllər 3,2 milyon ton təşkil edirdi. Son illərdə isə illik hasilat və emal 350 min tona çatıb.

drmbon 090

“Base Metals”ın İdarə Heyətinin sədri və baş direktoru Artur Mkrtumyanın sözlərinə görə, indi Drombon mədəninin ehtiyatlarının ödənilməsi dövrü başlayır.

“Mədənin qalan ehtiyatları 500 min ton təşkil edir ki, bu da 2-2,5 illik istismara kifayət edəcək”, – o deyib.

Paylaş: