“Hazırkı hökuməti istefaya göndərə bilməməyimiz 2021-ci il seçkilərindən sonra xalqın bəyənmədiyi və Paşinyan kənarlaşdırılacağı təqdirdə keçmiş hakimiyyətin geri dönəcəyini düşünən parlament müxalifətinin formalaşması ilə bağlıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Erməni Milli Konqresi partiyasının sədr müavini Levon Zurabyan deyib.
“Bu, effektiv siyasi fəaliyyətdə ciddi maneəyə çevrilib. Ona görə də bizə yeni strategiya lazımdır. Bütün rasional qüvvələri birləşdirməli və Paşinyan hakimiyyətinə alternativ olacaq xalq üçün məqbul siyasi hərəkat yaratmalıyıq. Əminəm ki, bu halda biz vəziyyəti kökündən dəyişə biləcəyik”, – erməni siyasətçi vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az