Ermənilər: “Lentsov yük maşınlarını Qarabağa gətirsin”

Ermənilər Rusiyanın İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Ermənilər aksiya zamanı Rusiyaya qarşı bir sıra tələblər irəli sürüblər:

“Biz tələb edirik ki, Rusiya sülhməramlılarının komandanı Lentsovun rəhbərliyi altında sülhməramlıların müşayiəti və iştirakı ilə Laçın yolu vasitəsilə Ermənistandan gələn kömək Qarabağa çatdırılsın”.

Müvafiq tələbləri səsləndirən ermənilər Rusiya tərəfindən suallara cavab verilənə qədər aksiyanı davam etdirəcəklərini bildiriblər.

Globalinfo.az