Ermənilər kəndlərə görə bağladıqları yolu açdılar

Bu gün səhər saatlarından etibarən Tavuş sakinlərinin etiraz məqsədilə bağladıqları Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolu açılıb.

Globalinfo.az xəbər verir ki, etirazçıların bəziləri avtomobillərini yığışdırmağa razılaşıblar.

Etirazçılara söz verilib ki, sabah Ermənistan hökumətinin baş nazirinin müavini Mqer Qriqoryan şəxsən onlarla görüşəcək.