Ermənilər İsrail hökumətinə qarşı təşkilatlanır – FOTO

Qüdsün ermənilərin yaşadığı “İnək bağı” adlanan məhəlləsində yəhudilərlə yaşanan qarşıdurmadan sonra yüzdən çox erməni əraziyə gəlməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Erməniləri Birliyinin prezidenti, “İsrail erməniləri” qəzetinin baş redaktoru Artyom Çernamoryan məlumat yayıb.

A.Çernamoryan Qüdsdə yaşayan ermənilərin patriarxlıqla həmrəy olduqlarını bildirmək üçün gəldiklərini deyib.

Yaşanan ciddi qarşıdurmadan sonra 8 yəhudinin və 2 erməninin həbs olunması ilə nəticələnən hadisədən sonra Ermənistan mediası və dünya erməniləri İsrail hökuməti əleyhinə çağırışlar etməyə başlayıblar.

Onlar hökumətin qarşıdurmada iştirak edən yəhudiləri cəzalandırmasını və ermənilərin qorunmasını tələb edirlər.

Hətta Fransanın Qüdsdəki baş konsulluğu da erməni icmasına dəstək olduğunu açıqlayıb.

Ayşən Mustafa
Globalinfo.az