Ermənilər indidən panikada: “Rusiya sülhməramlıları Qarabağdan çıxsa, batarıq”

“Rusiya 2025-ci ildən sonra Qarabağda qalmaq üçün hər şeyi edir”.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni siyasi texnoloq Viqen Akopyan yerli mətbuata danışarkən bildirib.

Onun sözlərinə görə, Rusiya hətta beş illik müddət başa çatdıqdan sonra belə öz sülhməramlılarını Qarabağdan çıxarmaq niyyətində deyil.

Ermənistanın baş naziri Nikol Paşinyanın 25 iyuldakı mətbuat konfransında sülhməramlıların hansı şərtlər daxilində Qarabağı tərk edə biləcəyi barədə çıxışına münasibət bildirən V.Akopyan bu diskussiyaları süni adlandırıb.

V.Akopyan həmçinin Paşinyanın açıqlamalarından sonra cəmiyyətdə yaranmış fikir ayrılıqlarına da münasibət bildirib. Belə ki, Nikol Paşinyanın açıqlamasından sonra bir çoxları sülhməramlıların Qarabağdan çıxacağı halda Rusiyaya qarşı addımlar atılmasını tələb ediblər. Onlar Rusiyanın Gümrüdəki bazasının və kapitalının ölkədən çıxarıla biləcəyini söyləyiblər.

“Bunun nəticələri həm Qarabağ, həm də Ermənistan üçün ağır olardı. Mən hətta Rusiyanın Ermənistanda iştirakının azalacağı halda nələrin baş verəcəyini proqnozlaşdırmaq belə istəmirəm. Söhbət təkcə hərbi-siyasi sferadan getmir, Ermənistanın həyati-vacib resursları – qaz və enerji daşıyıcıları da Rusiya ilə bağlıdır.

Ayşən Mustafa
Globalinfo.az