
Ermənistan ordusunda döyüşə hazırlıq vəziyyətinin yoxlanılması davam etdirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Belə ki, təlimlərə ümumqoşun ordusu bölmələri, əlahiddə qoşun növləri, o cümlədən xüsusi təyinatlı qüvvələr, hərbi texnikalar cəlb edilib.
Təlimlər çərçivəsində silahlı qüvvələrin təchizat və idarəetmə məsələləri yoxlanılıb.