Ermənilər buna görə Qərbi dəvət etdilər – Qriqoryants

“Rusiya Qarabağ məsələsində Azərbaycana kömək etdi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Norat Ter-Qriqoryants deyib.

Onun sözlərinə görə, Ermənistan cəmiyyəti Rusiyadan narazılığını bildirir və bu haqlı mövqedir.

“44 günlük müharibə başa çatanda Qarabağda 2000-ə yaxın sülhməramlıdan ibarət motoatıcı briqada yerləşdirilmişdi. Onlar insidentlərin qarşısını almalı idilər. Əvəzində Azərbaycan əvvəlcə Laçın dəhlizini geri aldı, sonra isə əməliyyat keçirərək Qarabağda öz suverenliyini tam bərpa etdi. Qarabağdakı ermənilər elə bilirdilər ki, ruslar kömək edəcəklər. Amma Rusiya heç bir tədbir görmədi. Ona görə də ermənilər Rusiyaya münasibətini dəyişərək ölkəyə Qərbi dəvət etdilər”, – Qriqoryants vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az