Ermənilər Azərbaycanla sərhəddə zavod tikməkdən imtina etdilər?

 

Ermənilərin Arazdəyəndə tikmək istədikləri metallurgiya zavodunun yeri dəyişdirilə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV yazıb.

Sözügedən qərarın təhlükəsizlik səbəbilə qəbul edildiyi vurğulanır. Ən ideal variant kimi Ararat şəhəri yaxınlığı göstərilir.

Zavodun rəhbərliyi informasiyanı nə təsdiq edib, nə də inkar. Ancaq ərazidə işlərin demək olar ki, dayandığı bildirilir.

Qeyd edək ki, sözügedən zavodun tikintisinə başlanması rəsmi Bakının kəskin narazılığına səbən olub. Belə ki, bununla Ermənistanın Azərbaycanın ekologiyasını təhlükə altına almağa çalışdığı vurğulanıb.

Tahir Turan
Globalinfo.az