Ermənilər Araikə qəzəbləndilər: “Evinizdə bu çörəyi yeyirlər?”

Qarabağda yaşayan separatçıların lideri Araik Arutyunyana qarşı narazılıq getdikcə artır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Belə ki, Qarabağda yaşayan ermənilər xüsusən son günlər yedikləri çörəyin keyfiyyətindən narazılıq edirlər. Onların dediklərinə görə, hətta uşaqlar “ac olasalar belə” həmin çörəyi yemək istəmirlər.

Onlar iddia edirlər ki, sözügedən proses Araik Arutyunyan tərəfindən məqsədli şəkildə həyata keçirilir.

Sosial şəbəkələrdə çörəyin fotosunu paylaşan ermənilərin bir çoxu separatçıların başçısına bu sualı ünvanlayıblar:

“Araik, evinizdə bu çörəyi yeyirlər?”

Globalinfo.az