Ermənilər 24 aprellə bağlı bu il nələr planlaşdırıblar?

Ermənistan Baş naziri Nikol Paşinyanın son zamanlar etdiyi çıxışlar, verdiyi qərarlar ictimaiyyətdə ciddi narazılıq yaradıb. Hətta ona qarşı etiraz aksiyaları da başlayıb. 

Paşinyanın həm də qarşıdan gələn 24 aprel “erməni soyqırımı” ilə bağlı yeni qərar verəcəyi gözlənilir. Bəzi ekspertlər iddia edir ki, Paşinyan bu məsələdə geri addım atacaq.

Bəs gerçəklik nədən ibarətdir? Ermənilər 24 aprellə bağlı bu il nələr planlaşdırıblar?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, qondarma erməni soyqırımı ilə bağlı Ermənistan geri addım atmalıdır:

“Məsələ ondadır ki, erməni soyqırımı məsələsi Türkiyə ilə Ermənistan arasında gərginliyin kökündə dayanan başlıca səbəb sayılır. Daha doğrusu, ermənilər tarixi saxtalaşdırıb, süni etnik düşmənçilik yaradıb.

Məsələ ondadır ki, Osmanlıda ermənilərə soyqırımı edilməsi inandırıcı deyil. Ermənilər Osmanlı imperiyasının son dövrlərində ölkənin yüksək vəzifələrində çalışıb. Hətta Osmanlı ermənilərə “sadiq millət” titulu vermişdi. Amma Birinci Dünya müharibəsi illərində Osmanlıya xəyanət edən ermənilər müttəfiqlərlə əməkdaşlıq edirdi. Bu da azmış kimi kürd və türkləri qətl edən ermənilər daxildə sabitliyi pozurdu. Bütün bunların qarşısını almaq üçün Osmanlı erməniləri Yaxın Şərqə köçürdü. Lakin bu, heç bir halda soyqırımı adlana bilməz.

Türkiyə tərəfi dəfələrlə təklif edib ki, erməni alimlər ilə bu məsələ araşdırılsın, arxiv sənədləri açılsın. Ermənistan isə buna razı olmayıb. Çünki həqiqətin fərqli olduğunu onlar da yaxşı bilirdi.

Bu gün Ermənistan-Türkiyə münasibətləri normallaşmağa doğru gedir. İrəvan bunu həqiqətən istəyirsə, Türkiyəyə qarşı soyqırım iddialarından əl çəkməli, ya da bu məsələ ilə bağlı ortaq araşdırmalar başlanmalıdır. Paşinyan isə ən azından 24 aprel “erməni soyqırımı” ilə bağlı keçirilən dövlət səviyyəli tədbirləri təxirə salmalıdır”.

Turan Rzayev 

Globalinfo.az