Erməniəsilli seçicilərin səsvermədə iştirakı… – Rəsmi

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov erməniəsilli seçicilərin də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə biləcəyini deyib.

Globalinfo.az bildirir ki, bunu MSK sədri jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əsas olan seçicidir və onlar arasında fərq qoyulmur: “Qadınlar, kişilər, xaricdə yaşayanlar, Azərbaycandakı vətəndaşlar da səsvermdə eyni hüquqa malikdir. Azərbaycan vətəndaşı olan bütün milli azlıqlar eyni hüquqlara sahibdir, onların heç birinin üstünlüyü yoxdur”.