Erməni yepiskopdan İlham Əliyev etirafı: 1994-də… – VİDEO

 “Dünyanın qovşağı ilə bağlı bəyanatlarımızı bildirdiyimiz Azərbaycan Prezidenti İlham Əliyevin ritorikasına gəlincə, deyə bilərəm ki, Əliyev çox düzgün edir”.

Globalinfo.az bildirir ki, bunu Ermənistanın Şirak yeparxiyasının rəhbəri, yepiskop Mikael Acapaxyan deyib.

“Əliyev bizə yaxşı dərs verir. O, bizə qalib olan vaxt – 1994-cü ildə necə addım atıb, hansı işləri görmədiyimizi göstərir. Prezident Əliyev deyir ki, qalib heç vaxt dayanmaz. Dayansa da, hansısa ölkənin tələbi ilə deyil, ancaq öz istəyi ilə dayanar. Əlbəttə, Əliyev öz tələblərini getdikcə daha da yumşaq ifadə edəcək, lakin bu istəklər zamanla daha da sərt olacaq. Azərbaycan Prezidenti anklavlar tələb edəcək, dəhliz tələb edəcək, türklərin Ermənistana qaytarılmasını tələb edəcək və s.”, – o bildirib.

Daha ətraflı Baku TV-nin süjetində: