Erməni türkoloq Köçəryan və Sərkisyanı xatırlatdı: “Ən biabırçı mətn…”

“Baş nazir Nikol Paşinyanın qondarma “erməni soyqırımı” ilə bağlı mesajı bu günə qədər Ermənistan rəhbərliyinin hadisənin ildönümü ilə bağlı paylaşdığı ən biabırçı mətn idi”.

Globalinfo.az xəbər verir ki, bunu erməni türkoloq Mqer Abramyan deyib.

M.Abramyan baş nazirin “soyqırımı” ifadəsindən daha çox “fəlakət” sözünü işlətməsinə diqqət çəkib:

“Mətn demək olar ki, tamamilə türkyönümlüdür. Hadisənin sadəcə Osmanlıda törədildiyi qeyd edilir, amma türklər tərəfindən edildiyi deyilmir. “Soyqırımı” sözündən daha çox “böyük fəlakət” ifadəsi qeyd edilir və dəfələrlə təkrarlanır. Onun beynəlxalq ictimaiyyətdə tanınması və təbliğatı ilə bağlı isə mətndə bir kəlmə də yoxdur. Elə başa düşülür ki, sanki “soyqırımı”nın baş verməsində ermənilər günahkardır. Bu o deməkdir ki, Ermənistan bütün istiqamətlərdə uduzdu və itki verməyə davam edir”.

Qeyd edək ki, Nikol Paşinyan qondarma  “erməni soyqırımı”nın 109-cu ili ilə bağlı mətn yayımlayıb. Mətndə ermənilərin bu məsələdə hər zaman xarici amillərə diqqət çəkdiyi, lakin daxili prosesdə və ictimai sferada mövzunun aydınlaşdırılmalı olduğu qeyd edilir. Həmçinin hadisə “böyük fəlakət” adlandırılır. Baş nazir “soyqırımı” ifadəsi və “ermənilərin vətəndən qovulması” ifadələrinin səhv anlaşıldığını bildirib. O, insanları həmin hadisə ilə Ermənistan Respublikası arasındakı əlaqəni düzgün dəyərləndirməyə çağırıb.

Ayşən Mustafa
Globalinfo.az