İrəvandan Bakıdakı separatçılara bağlama göndərildi

Beynəlxalq Qırmızı Xaç Komitəsi keçmiş qondarma rejimin Bakıda saxlanılan “liderlərinə” qohumlarının Ermənistandan göndərdiyi bağlamaları təhvil veriblər.

Globalinfo.az xəbər verir ki, bağlamaların Azərbaycana gətirilərək separatçılara çatdırıldığı bildirilir.

Məlumata görə, BQXK nümayəndələri qondarma rejimin keçmiş “lideri” Araik Arutyunyan, keçmiş “dövlət naziri” Ruben Vardanyan, separatçı ordunun rəhbərləri Davit Manukyan və Levon Mantsakanyana baş çəkiblər.

Nümayəndələr erməni terrorçuların saxlanılma şəraiti və vəziyyətlərindən razı qaldıqlarını bildiriblər.

Onların ailə üzvləri ilə hər həftə telefon əlaqələrinə şərait yaradıldığı qeyd olunub.