Erməni saxtakarlığı ifşa olunur – FOTOLAR

Sentyabrın 20-28 -də Yevlax rayonunda Azərbaycan Respublikasının  Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Milli Düşüncə Milli Mənəvi dəyərlərin təbliği ictimai birliyi”nin təşkilatçılığı ilə “Qafqaz Albaniyası tarixinin nəzəri və praktiki öyrənilməsi” adlı layihə reallaşdırılıb.

Globalinfo.az xəbər verir ki,  layihə çərçivəsində 8 seminar keçirilib. Seminarlarda təşkilatın nümayəndəsi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihəninin həyata keçirilməsi istiqamətində göstərilən maliyyə yardımı ilə əlaqədar təşəkkürünü bildirib, layihənin məqsədi və görülücək işlər barəsində məlumat verib.

Ekspert tərəfindən layihə iştirakçılarına Alban tarixi, onun mədəni irsi, dini inancları, abidələr, Çar Rusiyası dövründə ermənilər tərəfindən saxtalaşdırılmış abidələr haqqında ətraflı məlumatlar verilib. Son zamanlar Alban tarixi ilə bağlı ermənilərin uydurmalarına qarşı görülən işlər iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, ölkəmizdə mövcud olan Alban tarixinə aid abidələr, dini ocaqlar müvafiq qaydada bərpa olunur və qorunur.

Seminarlarda təmir və bərpa olunan abidələr haqqında da geniş məlumatlar verilib. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Layihə çərçivəsində çap olunan bukletlər seminar iştirakçılarına paylanılıb. Bukletlərdə Alban tarixi, mədəniyyəti və abidələri haqqında məlumatlar öz əksini tapıb.